Ölkə

Ziyad Səmədzadə: Koronavirusla Mübarizəyə Dəstək Fondunun toplanan vəsait üzərində ciddi nəzarət olacaq

5 May 2020 17:43
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə uğur əldə etmək sistemli tədbirlər tələb edir. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər, ölkəmizin iqtisadi gücü, səhiyyənin inkişafı koronavirusla mübarizədə müsbət nəticə əldə olunmasının səbəbləridir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması da pandemiya ilə mübarizə məqsədi daşıyır: "Fond kifayət qədər şəffaf fonddur. Fonda toplanan vəsait üzərində ciddi nəzarət olacaq. Hazırda dövlətin bir məqsədi var: az itkilərlə mübarizədən qalib ayrılmaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.