Ölkə

Bu gün Sumqayıtın bəzi ərazilərində su olmayacaq - AÇIQLAMA

4 May 2020 14:21
0 Şərh     Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtın bəzi ərazilərində su təchizatı dayandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin 20 və 21-ci məhəllələrində, eləcə də ətraf ərazilərdə içməli suyun verilişində fasilə yaranıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Sukanal İdarəsindən verilən məlumata görə, sözügedən əraziləri su ilə təmin edən əsas xətdə qəza baş verib:

"Şəhərin Bakı küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən keçən əsas su xəttində baş verən qəza səbəbindən, əraziyə içməli suyun verilişi dayandırılıb. Səhər saatlarından problemin həlli istiqamətində tədbirlər görülür. Gün ərzində sözügedən ərazilər və yaxınlıqdakı bir neçə ünvanda su olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.