Ölkə

BŞH: Formula 1 Azərbaycan Qran-prisinin təqvimini açıqlayan məlumat həqiqətə uyğun deyil

30 Aprel 2020 11:02
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2020-ci ildə Formula 1 Azərbaycan Qran-prisinin sentyabrın 6-da keçiriləcəyi ilə bağlı Almaniyanın "Bild" nəşrinin yaydığı məlumata aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, BŞH-dən Trend-ə verilən məlumata görə, Formula 1 şirkəti çempionatın 2020 il üçün yeni təqvimini hələ elan etməyib:

"Ona görə də hər hansı bir kütləvi informasiya vasitəsi tərəfindən yarışların tarixlərini açıqlayan məlumatlar həqiqətə uyğun deyil".

Qeyd olunub ki, yarışın sentyabrın 6-sında keçirilməsi qeyri-rəsmi məlumatdır və doğru deyil:

"Hazırda Bakı Şəhər Halqasının işçi heyəti məzuniyyətdədir və ölkədə karantin rejimi elan olduğuna görə yarışla bağlı heç bir tikinti işi aparılmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.