Ölkə

Qəbələdə ağac kəsən şəxs cəzalanıb - FOTO

29 Aprel 2020 19:54
0 Şərh     Baxış: 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə ağac kəsən şəxs cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, aprelin 27-də Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Qəbələ rayon Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 m3 həcmində işlik oduncaq aşkar edilib. Bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin 6 saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərov tərəfindən kəsilərək sexə satıldığı məlum olub.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1518 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.