Ölkə

Azərbaycanda son üç ayda əczaçılıq məhsullarının istehsalında artım müşahidə edilib

21 Aprel 2020 18:47
Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 289,8 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 36,7 faiz, kimya sənayesində 25,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 25,0 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 89,4 faiz, propilen istehsalı 18,0 faiz, etilen istehsalı 16,5 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,1 dəfə, bərk polipropilen boruların istehsalı 67,8 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.