Ölkə

Başqasının avtomobili ilə karantin qaydalarını pozan şəxs həbs olundu

14 Aprel 2020 18:58
0 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda başqasının avtomobili ilə karantin qaydalarını pozan şəxs həbs olundu.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Cəlilabad rayonunun Abdullu kənd sakini Yusif Nəziyev şəhər ərazisində xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən idarə etdiyi "Mersedes" markalı avtomobillə polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu, eyni zamanda başqasına məxsus avtomobili idarəetmə hüququ olmadan sürdüyü müəyyən edilib.

Y.Nəziyev ərazidən uzaqlaşmaq istəsə də Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Həmin şəxs inzibati qaydada həbs edilib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.