Ölkə

Məhkəmələr bu qərarı da çıxara biləcək

13 Aprel 2020 17:30
0 Şərh     Baxış: 1 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə şərti məhkumluğu ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad edə biləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edərkən deyib.

Bununla da məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq aradan qaldırılır.

Deputat bildirib ki, bu dəyişikliyə qədər məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı.

Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkumetməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.