Ölkə

KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ - FOTO

10 Aprel 2020 10:44
Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə həyata keçirilən sosial təşəbbüslərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Rahat" supermarketlər şəbəkəsi də qoşulub.

Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə bildirilib ki, #evdəqal kampaniyası çərçivəsində KOBİA və "Rahat" supermarketlər şəbəkəsinin birgə təşəbbüsü ilə Bakı şəhərində yaşayan 200 aztəminatlı ailəyə gündəlik istehlak mallarının təqdim edilməsinə başlanılıb.

Birdəfəlik ərzaq yardımları ailələrə KOBİA-nın əməkdaşları və "KOB könüllüləri" tərəfindən təqdim olunub. "KOB könüllüləri" həmçinin, vətəndaşları koronavirus infeksiyası ilə bağlı dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Sahibkarların mövcud şəraitdə aztəminatlı ailələrə və tənha ahıl insanlara göstərdiyi dəstək biznes nümayəndələrinin sosial məsuliyyətindən irəli gəlməklə yanaşı, həm də milli həmrəyliyə və xeyriyyəcilik ənənələrinə gözəl nümunədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.