Ölkə

Keçən il 648 obyektdə tikinti işləri dayandırılıb

9 Aprel 2020 17:51
0 Şərh     Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 8635 obyektdə dövlət nəzarəti qaydasında yoxlama işləri aparılıb və tikinti işləri zamanı pozuntuların aradan qaldırılması üçün 648 tikinti obyektinə tikinti işlərinin dayandırılması barədə qərar verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2019-cu ilin yekunlarına dair hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, 2019-cu ildə 141 tikinti obyekti üzrə "tikintiyə icazə" və 43 tikinti obyekti üzrə "istismara icazə" verilib.

2019-cu ilin fevral ayının 5-də və 6-da baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Şamaxıda 175, Ağsuda 223, İsmayıllıda 106 olmaqla cəmi 504 fərdi evin, Şamaxıda dördmərtəbəli 44 mənzilli, beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli 110 mənzilli binaların tikintisi, həmçinin 1708 evdə bərpa işləri başa çatdırılıb. Hazırda 76 fərdi evin tikintisi aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.