Ölkə

“Bəzən namaz qılanlar deyir ki, tibbi spirtlərdən istifadə edə bilməz”

28 Mart 2020 18:12
3 Şərh     Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən real həyatda görürəm ki, namaz qılan, ibadət edən şəxslər deyir ki, tibbi spirtlərdən istifadə edə bilməz. Bu, yanlışlıq, cahillikdir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli REAL TV-ə müsahibəsində deyib. İlahiyyatçı bildirib ki, dövlətin qərarı birmənalıdır və bunu din təsdiq edir:

"Tibbi spirtlərdən istifadənin heç bir namaza, ibadətə, dini ayinlərə təsiri yoxdur. Şəxsən mən özüm tibbi qaydalara əməl edərək gündəlik olaraq maşında, evdə, bir sözlə, olduğum hər yerdə tibbi spirtlərdən istifadə edirəm. Həmçinin ailəmə də tövsiyəmdir. Bu, bizim ümumi xilasolma yolumuzdur". 

Axund hazırkı epidemiya şəraiti davam edərsə, qarşıdan gələn Ramazan ayında orucun necə tutulması ilə bağlı suallara da aydınlıq gətirib:

"Ramazana sayılı günlər qalıb. Ümid edirəm, həmin vaxta kimi bu proses yekunlaşar. Bir neçə gün sonra QMİ-nin fətvası olacaq. Ancaq hazırkı vəziyyətdə immun sistemimiz güclü olmalıdır və buna uyğun olaraq da fizioloji baxımdan özünü güclü hiss etməyənlər orucu yeyəcək. Şəriət buna icazə verir. Ancaq günə gün oruc tutmaq şərti ilə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.