Bakıya maşının “baqaj”ında girmək istəyən şəxs ələ keçdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildiyiniz kimi koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Təəssüflə qeyd edək ki, bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus "VAZ 21074" markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.
Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi "Lada Vesta" markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Azərbaycanda professor vəfat etdi
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





