Ölkə

AZƏRTAC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 min manat vəsait köçürüb

23 Mart 2020 17:41
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 min manat məbləğində vəsait köçürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin vəsait büdcədənkənar hesabdan ödənilib.

Agentliyin kollektivi koronavirusla mübarizədə Azərbaycan xalqı ilə sosial həmrəylik nümayiş etdirir, bu istiqamətdə hökumətin və Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərarları ictimaiyyətə vaxtında çatdırmaq üçün səylərini əsirgəmir.

Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi bu xəstəliyin yayılmasının qarşısının alınması Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir və mühüm tədbirlər görülür. Əminik ki, dövlətimiz tərəfindən həyata keçirilən ciddi profilaktik və preventiv tədbirlər öz müsbət nəticəsini verəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.