Ölkə

Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkili təklif edilir

16 Mart 2020 12:01
Baxış: 1 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Sərhəd mühafizə orqanları haqqında" qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında bildirib ki, dəyişiklik layihəsinə əsasən, sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur: "Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir. Yalnız xüsusi təyinatlı müəssisələrdən başqa".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.