Ölkə

Beyləqanda "Opel" kanala aşdı, ölən və yaralananlar var

13 Mart 2020 09:19
0 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Seyidəliyev Qafar Səməd oğlu idarə etdiyi "Opel Astra" markalı 10 SD 632 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yolun kənarındakı kanala aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, 1973-cü il təvəllüdlü Əliyeva Güləndam Bilal qızı hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər 1970-ci il təvəllüdlü Mehdiyev Elmidar Əziz oğlu və 1965-ci il təvəllüdlü Əliyeva Qəmər Bilal qızı müxtərif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.