Ölkə

Azərbaycanda tələbələr daha çox bu ali məktəblərə köçürülmək istəyib

29 Fevral 2020 09:23
0 Şərh     Baxış: 1 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi Azərbaycanda tələbələrin daha çox hansı ali məktəblərə köçürülmək üçün müraciət etdiyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib ki, Bakıda tələbələr bu il fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsilə daha çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülmək üçün müraciət ediblər. Regionlarda daha çox Gəncə Dövlət Universitetinə, özəl universitetlər arasından isə daha çox Azərbaycan Koorperasiya Universiteti və Odlar Yurdu Universitetinə köçürülmək üçün müraciətlər olunub.

G.İsgəndərova əlavə edib ki, bu gündən başlayaraq, martın 3-dək köçürülən hər bir tələbə köçürüldüyü təhsil müəssisəsinə sənədlərini təqdim etməlidir.

Nazirlik rəsmisi deyib ki, köçürülmə prosesi ildə iki dəfə həyata keçirilir.

Artıq qış sessiyası üzrə köçürülmə prosesinin başa çatdığını deyən G.İsgəndərova bildirib ki, yay sessiyası üzrə tələbə köçürülməsi prosesi iyulun 15-dən 30-dək olacaq.

Qeyd edək ki, bu il qış sessiyasında köçürülmə üçün müraciət edən 2 266 tələbənin müraciəti müsbət cavablandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.