Ölkə

Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq

28 Fevral 2020 10:04
Baxış: 2 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.

Milli Fəaliyyət Planında qeyd edilir ki, 2020-2021-ci illər ərzində "Ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihə həyata keçirilməsi imkanları müəyyən ediləcək.

Bu işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icra ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.