Ölkə

Dövlət Turizm Agentliyi vətəndaşlara və turoperatorlara müraciət etdi - Koronavirus...

27 Fevral 2020 19:43
Baxış: 1 180
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət Turizm Agentliyi koronavirusa görə vətəndaşlara və turoperatorlara müraciət edib.

Bu barədə Milli.Az-a agentlikdən məlumat verilib.

Agentlik son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edir:

"Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük.

Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.