Hotellərə verilən ulduzlar 3 il qüvvədə olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ulduzlaşmadan keçən hotellərə 3 il ərzində qüvvədə olacaq sertifikat təqdim ediləcək.
Milli.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib.
Onun sözlərinə görə, həmin müddətdə "trustyou" proqramı vasitəsilə hotelin qonaqlarının rəyləri izləniləcək və bununla da hotelin müştərilərinin məmnunluq səviyyəsi müəyyən ediləcək. Müştəri məmnunluğu endikdə bu barədə hotelə xəbərdarlıq ediləcək.
R.Niyazov əlavə edib ki, ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq. Onun sözlərinə görə, hazırda Azərbaycan Hotellər Assosiasiyasının 80 üzvü var. Ilkin mərhələdə assosiasiyaya üzv olan hotellərin təsnifatlaşdırılması aparılacaq.
R.Niyazov assosiasiyaya üzv olan hotellərin yarıdan çoxunun Bakıda yerləşdiyini, onların arasında 3 ulduzlu hotellərin olduğunu da nəzərə çatdırıb.
R.Niyazov qeyd edib ki, ulduzlaşmanın aparılması məqsədilə maydan sənəd qəbuluna başlanacaq. Hotel ulduzlaşma üçün müraciət etdikdən sonra qarşılıqlı razılaşma əsasında tarix təyin ediləcək:
"Ulduzlaşma üçün müraciət edən hotel 3-4 saat ərzində yoxlanılacaq. Daha sonra isə nəticələr müzakirə üçün müstəqil ekspertlərdə n ibarət olan Qiymətləndirmə və Qərəzsizlik Komissiyasına təqdim olunacaq. Hər hotel kriteriyalar kataloquna uyğun olaraq, bal sistemi əsasında təsnifatlaşdırılacaq. Bu zaman ulduz kateqoriyası nə qədər yüksək olarsa, tələblər də bir o qədər yüksək olacaq. Hər bir kateqoriya üçün məcburi minimum krieriyalardan əlavə digər meyarlar da mövcuddur. Hotel 1 ulduz almaq üçün minimum 40, 2 ulduz almaq üçün 54, 3 ulduz almaq üçün 78, 4 ulduz almaq üçün 95, 5 ulduz almaq üçün 114 bal toplamalıdır. 4 və 5 ulduzlu hotellər üçün otaqlarda regional məlumat materialları da yerləşdirilməlidirlər . Bu hotellərdə qeydiyyat zamanı qonaq daxili cihazlardan (seyf, kondisioner və s.) istifadə imkanları barədə açıq şəkildə məlumatlandırmalıdır. Bu xidmət mehmanxana haqqında informasiya qovluğuna daxil edilməlidir. Tələb olunan kriteriyalardan biri olmazsa, hotel təsnifatlaşdırılmayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
XƏBƏR LENTİ
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)





