Xəzər sahilində növbəti monitorinqin nəticələri açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, idarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların Sahil və Xocasən qəsəbələrində formalaşdığı məlum olub.
O qeyd edib ki, bu ərazilərdəki müəssisə və yaşayış massivlərində formalaşan tullantı sular "Azərsu"nun Təmizləyici Qurğularının istismara yararsız vəziyyətdə olması səbəbindən təmizlənmədən dənizə axıdılır.
"Eyni zamanda, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən "Metanol" zavodunun da tullantı sularının Puta kanalı vasitəsilə dənizə axıdıldığı müşahidə edilib. Monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Qaradağ rayonu ərazisindən Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur".
Nazirliyin əməkdaşının sözlərinə görə aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib.
"Bir daha obyekt və müəssisə rəhbərlərini işlərində ciddi dönüş yaratmağa, istehsalat fəaliyyəti ilə birgə ətraf mühitə münasibətdə də sağlam mövqe tutmağa çağırırıq. Xəzər sahili ərazilərdə monitorinqlərimiz davam etdirilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 ölü var - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
XƏBƏR LENTİ
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 ölü var - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı





