İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırıb və iş-işdən keçib.
Milli.Az xəbər verir ki, bunu axar.az-a açıqlamasında ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.
O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib:
"Qızımın qaçırıldığını biləndə əsəbiləşmişdim. Nəzakət təhsilinə görə beş il Bakıda yaşayıb, semestr imtahanlarını verib, fevralın 3-də rayona gəlmişdi. Ayın 16-da da kənddən özüm qızımı Bakıya yola saldım.
Hadisədən sonra oğlan indi özünə gəlib. Dediyinə görə, guya qızım ona zəng edib, deyib ki, biabır olmuşam, özümü dənizə atmağa gedirəm. Mənim qızım intihar edəcək ağılda deyildi".
Tibb Universitetinin mətbuat katibi Günel Aslanova da saytımıza açıqlamasında bildirib ki, Nəzakət Rzazadənin qaçırılması barədə onlarda məlumat yoxdur:
"N.Rzazadə normal, oxuyan tələbə olub. Biz də hadisənin şokundayıq. Semestr imtahanlarından sonra ötən həftə dərslərdə də iştirak edib. Davamiyyətində heç bir problem olmayıb. Onu Balahüseyn Məmmədovun qaçırması barədə isə bizdə məlumat yoxdur".
Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılmışdı. İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilsə də, qızın ailəsi bunu təkzib etmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
XƏBƏR LENTİ
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb





