Ölkə

I sinfə qəbul qaydaları açıqlanıb

21 Fevral 2020 16:04
4 Şərh     Baxış: 8 432

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər. Martın 10-dan etibarən həmin uşaqların valideynləri və ya qanuni nümayəndələri şəxsi elektron kabinetlərindən (www.mektebeqebul.edu.az) ərizə formasını çap edərək hazırda təhsil aldıqları məktəbə təqdim etməlidirlər. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir.

Məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu da elektron qaydada (www.mektebeqebul.edu.az) həyata keçiriləcək. Bunun üçün valideynlər martın 10-dan başlayaraq elektron qeydiyyatdan keçməlidirlər. Martın 13-dən isə məktəb seçimini həyata keçirə bilərlər. Eyni qaydada, digər dildə təhsil almaq istəyən uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Bu müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Sh · 21 Fevral 17:5371

    Sovet vaxti usaqlara bu qeder stres yasatmirdilar indi masallah yaziq korpeler heyecandan bir teher olublar hem hazirliga gedir 5 yasinda hem de ustelik imtahan verecek bu ne biabirciliqdir tehsil nazirliyi bele agir imtahanlarla usaqlari daha da oxumaqdan soyudursuz indi mektebden iclasdan gelirem muellimeler usyan edir ki usaqlar oxumurlar nece oxusunlar derslikler ne gunde ne basi bilinir ne de ayagi geleceyimiz ucuruma gedir bu tehsil sistemi ile evveler rus bolmesine geden usaqdan sorusmurdular rus dilini bilir ya yox muellimeler boyuk hevesle onlara ders deyib mukkemel seviyede oyredirdi dili indi bu nedir hazirligi rus dilinde kecen usaq eyer sorgudan kecmese nece gedib tekrar azerbaycan bolmesinde oxusun bu usaq yaziq deyilmi

    Cavab yaz
    • Anonim
      Sh · 22 Fevral 03:1730

      Vallah mende raziyam evveller muellimeler yalvarirdi sinifime usag yazilsin indi onljne hmisi pul teleidi. Indi men rus lsektoruna qoyum deye ne ezab cekecem. Men ushagim hazirliga dusmedi kecen il imkanda yox nece qoyum hazirliga. Plusda imtahan verecekler ayibdie

      Cavab yaz
    • Anonim
      Sh · 22 Fevral 03:1811

      Allah qenim olare. Evveller muellimeler qapi qapi ushaglari sogahota alirdi hetda xahis edirdiler menim sinifime yazdirin deye. Indi rus sektorun qaldirdilar mataq elediler. Men hazirliga duse bilmedim belke imkanim yoxdu ushagimi hazirliga qoyum deye. Indi rus bilmesinde ne var ne var oxumayacaq ovladim

      Cavab yaz
  • Anonim
    Mən · 22 Fevral 15:1600

    Hər şey kimi təhsilimizdə müasirləşir.İndiki uşaqların beyni daha çox çalışır.Müasir telefonlardan o qədər yaxşı anlayırlar ki sani böyüyəndə hekr olacaqlar.Məncə dərs proqramının çətinləşməsi uşaqlarda problem yaratmayacaq əksinə daha da bilikli olacaqlar yetərki həvəsləri olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.