Ölkə

Bir ildə 7316 nəfər sürücülük hüququndan məhrum edilib - RƏSMİ

20 Fevral 2020 12:31
0 Şərh     Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi ötən il ölkə ərazisində sürücülük hüququndan məhrum edilən şəxslərin sayını açıqlayıb.

Milli.Az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, 2019-cu ildə ölkə ərazisində 7316 nəfər sürücülük hüququndan məhrum edilib:

"Bunlardan əksəriyyəti il ərzində 20 və daha artıq cərimə balı olan şəxslərdir. Onlar arasında məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılanlar da var. Cərimə balları 20 və daha artıq olarkən həmin şəxslər sürücülük hüququndan məhrum edilir. Sərxoş, avtoxuliqanlıq və digər hadisələrə görə də məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılanlar var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.