Ölkə

Bakı sakinini küçədə tanımadığı şəxs ürəyindən bıçaqladı

17 Fevral 2020 17:49
0 Şərh     Baxış: 2 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Biləcəri qəsəbə sakini Abasquliyev Rafiq Məhərrəm oğlu küçədə münaqişə zəminində naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.