BU XIDMƏTLƏR icbari tibbi sığorta hesabına olmayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.
Milli.Az Trend-ə istindən xəbər verir ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün "İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda keçirilən tədbirdə Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlər psixi davranış pozuntularınn müayinə və müalicəsi, QICS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir: "Bunlar icbari tibbi sığorta sisteminə bu il daxil olmayan xidmətlərdir. Agentlik çevik mexanizm üzərində işləyir. Ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın. Bunlar əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir".
E.Eyvazov qeyd edib ki, bu il yanvarın 1-dən ölkə üzrə 4 mərhələli şəkildə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq. Ən son olaraq, Bakı və Sumqayıtda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanacaq və bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsi 100 faizə çatdırılacaq.
Ş.Eyvazov əlavə edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb. Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.
Onun sözlərinə görə, aprelin 1-dən Yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq: "Yəni minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





