Ölkə

Elmir Vəlizadə: "2019-cu ildə Azərbaycanda İKT gəlirləri 2,2 milyard dollara çatıb"

13 Fevral 2020 12:45
Baxış: 1 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ildə Azərbaycanda İKT gəlirləri 2,2 milyard dollara çatıb və ÜDM-in 1,8 faizini və qeyri-neft ÜDM-in 2,9 faizini təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar" konfransında deyib.

O bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafında əsas rolu infrastrukturun modernləşdirilməsi və artan tələbatın təmin olunması üçün imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərinin sayının artması, elektron ticarətin genişlənməsi oynayır:

"Beynəlxalq Elektron Rabitə İttifaqının məlumatlarına əsasəm, 2019-cu ildə dünyada əhalinin 93 faizi 3G şəbəkəsindən istifadə edib. Azərbaycan bu göstəriciyə görə ortalama göstəriciləri üstələyir. Ölkənin 97,1 faizi bu şəbəkə ilə əhatə olunub. Əhalinin 80 faizi internet istifadəçisidir, 75 faizi də genişzolaqlı internet istifadəçisidir".

Nazir müavini əlavə edib ki, 2019-cu ildə Dünya İqtisadi Forumunun tərtib etdiyi qlobal rəqabətqabiliyyətlilik reytinqində Azərbaycan 141 ölkə arasında 43-cü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.