Ölkə

Azərbaycanda POS-terminallar vasitəsilə ödəmələr artıb

12 Fevral 2020 14:15
0 Şərh     Baxış: 1 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ödəniş kartlarının sayı 11, 2 faiz artaraq 7,3 milyona çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda "Visa" beynəlxalq kart təşkilatının, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB), "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən "Visa Cashless: Driving the future" forumunda deyib.

Onun sözlərinə görə, pul köçürmələri sistemlərinin istifadəsi ilə əməliyyatların sayı 40 faiz artıb. O əlavə edib ki, 2019-cu ildə elektron ticarət üzrə ödəmələrin sayı 67 faiz, həcmi isə 97 faiz artıb.

Ötən il Azərbaycanda bankomatlar vasitəsilə nağdsız ödənişlər azalsa da, POS-terminallar vasitəsilə ödənişlər 20 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.