Fevralın 6-da gecə saatlarında əsən güclü külək Yasamal rayonu "Qanlı göl" adlanan ərazidə yerləşən yeni yaşayış massivində ağacı 76 mm diametrində olan qaz xəttinin üzərinə aşırıb.
"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, qaz sızmasının qarşısı alınıb, bərpa işləri aparılır.
Bununla yanaşı, Sabunçu rayonunda Savalan yaşayış massivində "David" marketin yaxınlığında vətəndaşa məxsus həyətyanı sahənin hasarının uçması nəticəsində 50 mm diametrində siyirtmə qırılıb. Müvəqqəti olaraq 50 abonentin qaz təchizatı dayandırılıb.
Xətai rayonu, Mehmandarov küçəsində, hazırda fəaliyyət göstərməyən çörək sexinə məxsus qaz xəttinin üzərinə ağac aşıb. Kəmər birləşmə yerindən qopub".
Milli.Az