Ölkə

Həkim dərman borcuna görə dərman içib özünü öldürdü - YENİLƏNİB - FOTO

7 Fevral 2020 16:08
1 Şərh     Baxış: 7 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:08

Prokurorluq aptekdəki ölüm faktı ilə bağlı məlumat yayıb.

Fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bakı şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibb ekspertizası təyin edilib.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

--------

15:22

Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb. 

Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.

O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq "Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir", - deyə qeyd edib.

---------

14:03

Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 49 yaşlı Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.