Ölkə

Gədəbəydə mikroavtobusla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

1 Fevral 2020 13:04
0 Şərh     Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Slavyanka kəndində qeydə alınıb.

"Qazel" markalı mikroavtobusla "VAZ 2106" markalı minik maşını toqquşub. 

Nəticədə, hər iki avtomobildə olan şəxslərdən bir neçəsi xəsarət alıb.

Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.

Qəza nəticəsində 1 nəfər ölüb.

Ölən şəxs Səfərov Azər Bayram oğludur. Hadisə zamanı 7 nəfər - 1985-ci il təvəllüdü İsmayılov Sail Şamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Coşqun Ələkbər oğlu, 1985-ci il təvəllüdlü Budaqov Emin Zakir oğlu, 1963-cü il təvəllüdlü Ələkbərov Ağa Ələkbər oğlu, 1964-cü il təvəllüdlü Məmmədəliyeva Mənzər Mikayıl qızı, 1996-cı il təvəllüdlü Sadıqova Solmaz İslam qızı, 1967-ci il təvəllüdlü Şəmilova Şəhla İsgəndər qızı xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.