Ölkə

Bakıda yolun ortasında rəqs edərək, maşınları təpikləyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

31 Yanvar 2020 13:44
4 Şərh     Baxış: 8 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobil yollarında bu kimi hərəkətlərə yol vermək bütün hərəkət iştirakçıları üçün təhlükəlidir.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Babək prospektində yola çıxaraq qəza şəraiti yaradan şəxslə bağlı məsələyə münasibət bildirərkən deyib. 

O bildirib ki, həmin şəxs yalnız özünün deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb:

"Nəzərə almaq lazımdır ki, normal insan avtomobillərin sürətlə hərəkətdə olduğu yola bu şəkildə çıxmaz. Videogörüntülərdən də görünür ki, o insan özündə deyil. Yaxşı olardı ki, sürücülər bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına məlumat versinlər.

Əraziyə gələn polis əməkdaşları isə həmin şəxs haqqında müvafiq tədbir görsünlər. Ola bilər ki, o şəxs ərazidə xidmət edən polis əməkdaşlarını görən zaman yoldan çıxır. 

Amma məsələyə yerindəcə müdaxilə edildikdə həmin insanın içkili vəziyyətdə, yoxsa psixoloji problemlər səbəbindən bu cür davranışlara yol verdiyi məlum olacaq. Sağlamlığında problem olduğu aşkarlanarsa, aidiyyəti orqanlara müraciət olunacaq. Amma yalnız məsələyə yerində baxıldıqdan sonra həmin şəxs barəsində hansı tədbirlərin görüləcəyinə qərar vermək olar".  

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Babək prospekti ərazisində bir nəfər özünü avtomobil yoluna ataraq, hərəkətdə olan nəqliyyat vasitələrinin arasında rəqs edib və qəza şəraiti yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.