Ölkə

Masallıda qətlə yetirilən qızın əri tutuldu - Boğduğunu etiraf edib - YENİLƏNİB - FOTO

29 Yanvar 2020 18:25
66 Şərh     Baxış: 20 968

18:25

Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilmişdir.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olmuşdur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf etmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

-------

17:48

Masallı rayonunda ailə qurandan 2 həftə sonra ölən yeniyetmə qızın qətlə yetirildiyi məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətli ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qətlin kim tərəfindən törədilməsi ilə bağlı istintaq əməliyyat tədbirləri həyata keçirilir.

---------

17:14

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış monitorinq komissiyası ilə birlikdə həmin rayonda baş verən uşaq nikahı ilə bağlı araşdırmalara başlayıb.

Bunu Trend-ə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bu araşdırmalara hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilib:

"Uşaq nikahlarının baş verməsi yolverilməzdir. Araşdırılmalıdır ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimənin 16 yaşı olduğu halda, bu nikah necə baş verib. Bu faktla əlaqədar hüquq-mühafizə orqanlarına da çağırış edərək deyirik ki, araşdırma ciddi şəkildə aparılsın. Beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericliyinə görə, 18 yaşına çatmayan şəxslər uşaq hesab edilirlər. Uşaqların nikah yaşının yalnız bir yaş azaldılmasına imkan verilir. Bu halda da nikah yalnız 17 yaşda ola bilər. Ona görə də bu məsələ ilə bağlı araşdırma gücləndirilmiş şəkildə aparılmalıdır".

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızı iki həftə əvvəl nikaha daxil olub. Gəlin bu gün dünyasını dəyişib.

--------

15:46

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı rayon prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

66 Şərh:

  • Anonim
    Sovet vətəndaşı · 29 Yanvar 15:52971

    Vaay bunlarki lap körpədir. Bunları evləndirənlərin başına daş düşsün

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 29 Yanvar 17:0625

      Salam eziz dost necesen gorsenmirsen?

      Cavab yaz
      • Anonim
        Sovet vətəndaşı · 29 Yanvar 17:2040

        Salam ay köhnə dost, yaxşiliqdi. Gorursəndə nələr baş verir.

        Cavab yaz
        • Anonim
          Harlnpasa · 29 Yanvar 17:4440

          Teki yaxslllq olsun eziz dost hene daha deme bu yasda toy olar

          Cavab yaz
  • Anonim
    Filantrop · 29 Yanvar 15:52590

    Bunların hələ qaçdı-tutdu oynayan vaxtlarıdır....Məsuliyyətsiz valideynlərin ağlasığmaz hərəkətlərinin güdazına gedən uşaqlar....\allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    (( · 29 Yanvar 15:52550

    Oğlan lap uşaqdıye.. Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Yağmur · 29 Yanvar 15:54411

    Bunlar uşaqdılar ki , ūzlerindeki uşaq mesumluğu uzaqdan bilinir. Allah rehmet etsin

    Cavab yaz
  • Anonim
    Gunka · 29 Yanvar 15:55310

    oglan lap usaqdirki

    Cavab yaz
  • Anonim
    Faiq · 29 Yanvar 15:58373

    yeqin oglan imkanli olub. Ona gore qizi veribler. yoxsa kasib oglan olsaydi qapidan it kimi qovardilar

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 29 Yanvar 16:00290

    Bunlarin neche yashi varrrr ay Allah!!!???

    Cavab yaz
  • Anonim
    123 · 29 Yanvar 16:041619

    Ay şərhçilər ay şərhçilər. Nə hay həşir salmısız? O şəkildəki bəy deyil. Gəlin odu, amma bey o deyil. O şəkil cəkdirən biridi. Bəlkədə qizin qardaşıdı. Diqqətlə oxuyun. Yetginlik yaşına çatmayan qız deyir. Demir ki yetkinlik yaşına catmayan gəlinlə və bəy. Milli.az sizi caşdırır

    Cavab yaz
    • Anonim
      Qafar · 29 Yanvar 16:11253

      Ağıllısan sən? Görmürsən bəy-gəlin stolunda oturublar? Arxada şəkil çəkdirənləri də görmürsən?

      Cavab yaz
      • Anonim
        123 · 29 Yanvar 16:26514

        Bəli ağıllıyam. O qədər toylar var ki bəy oynayır. qohumlar yığılır başına. Bəy yoxdu, kimsə yaxın biri oturdu. Oxu gör var məqalədə bəy?

        Cavab yaz
        • Anonim
          Темболее ki... · 29 Yanvar 17:4243

          Oğlanın qalstuku yoxdu

          Cavab yaz
          • Anonim
            ha ha · 30 Yanvar 10:5330

            Eıə ona görə öldürüb da

            Cavab yaz
        • Anonim
          Karandaş · 29 Yanvar 18:48211

          Ağılli 123,oğlanın doğum tarixi 2001-ci ildi.Bu da edir 18 yaş,hələ 19 tamam deyil?azyaşlı yox ,çoxyaşlı sayılır?Uşaqdı də ,bu nə bilir ailə nədi?

          Cavab yaz
        • Anonim
          Of · 29 Yanvar 20:2870

          Yazılıb axı bey 2001ci ildi.oda uşaq sayılır

          Cavab yaz
        • Anonim
          123-e · 30 Yanvar 11:3440

          Yaman berk gelmishdin)) bey ele bu pampersi yenice tergiden oglandir. Video var toydan,bir zehmet baxin))

          Cavab yaz
      • Anonim
        Aha · 29 Yanvar 16:311610

        Mənim də belə toy şəklim var qaynanam oturub yanımda, onda mən də qaynanama ərə getmişəm? O şərhçinin yazdığı da məntiqlidir, belə körpə qızlarla qart əclaflar evlənir əsasən."gözü açılmamış" axtarırlar,özləri yüz oyundan çıxsa da

        Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 29 Yanvar 17:11111

      123, bəli yetginlik yaşına çatmayan qız deyir. Demir ki yetkinlik yaşına catmayan gəlinlə və bəy. Burda ölən gəlindi, bəy deyil.

      Cavab yaz
    • Anonim
      123 oxu! · 30 Yanvar 08:3140

      yuxarida da qeyd edibler ki bey 2001 tevelluddur

      Cavab yaz
  • Anonim
    doktor · 29 Yanvar 16:09234

    Dehwet gelin uwaqdi agrilara dozmuyub yeqin

    Cavab yaz
  • Anonim
    123 · 29 Yanvar 16:15251

    Necə gözəl qız imiş. Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Seyid loğman · 29 Yanvar 16:5893

    Yəqin həyacan keçirdib Allah rəhmət eləsin.

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 29 Yanvar 17:05130

      Allah rehmet etsin

      Cavab yaz
    • Anonim
      \ · 29 Yanvar 18:0379

      Həyəcannan 2 həftə sora ölüp

      Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 29 Yanvar 17:08441

    Bu qız əlində dəftər, kitab dərsə gedən vaxtıydı, ərə gedən yox. Qızlara təhsil verin, sənət öyrədin. Evdə qalacaq, qonşular lağ edəcək deyə bu yazıq qızları bədbəxt etməyin, ay valideynlər. Qismət hər zaman, hər yaşda gəlir tapır.

    Cavab yaz
  • Anonim
    **** · 29 Yanvar 17:28300

    Ele daniwdilarki sanki bu rayonda birinci defedi bele birwey olub.o qeder ewitmiwem Masalli rayonunda qizlari ele uwaq yawlarinda veriler.ele bilki uwaqlarini tez verib ellerini bala batiracaqlar..

    Cavab yaz
  • Anonim
    Samire · 29 Yanvar 18:14200

    Bey, oqlandan cox futbolcu qizlara oxshayir...Cenub zonasinda qizlar tez aile qururlar. Onlarin valideyini ucun bu fexirdir. Shexsen mene gulmeli gelir bele sheyler. Qizin ozu aile qurmayardi bu yashda gerek. Oxumaqi, ishleyib oz ayaqlari uzerinde durmaqi secerdi.

    Cavab yaz
    • Anonim
      Faiq · 30 Yanvar 09:3930

      Samire xanım o yazıq qıza qulaq asan olsaydı onu ərə verməzdilər. İnanmıram ki, qız özü sevincək ərə getməyi seçsin

      Cavab yaz
  • Anonim
    Karandaş · 29 Yanvar 18:44270

    Bəy də 2001 təvəllüddü dəə,nə fərqi var ki,o da uşaqdı.Bunların valideynlərinin başının gülləsi çatmır.Cahillər.

    Cavab yaz
  • Anonim
    (( · 29 Yanvar 19:00251

    Bəy türmədən çıxanacan evlənmə yaşına çatar kakraz ((

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 29 Yanvar 19:12295

      Heç saq salamat cixmasinn İnsallah meyidi cixsin Amin !

      Cavab yaz
  • Anonim
    Samire · 29 Yanvar 19:4983

    Nerminin qanı nece yerde qaldısa, bu yazıq qızın da qanı ele yerde qalacaq. Burada heç bir haqq edalete inanmıram men. Uzaq başı oğlana 1- 2 il iş kesecekler vessalam. Hindistanı keçmişik artıq.

    Cavab yaz
  • Anonim
    Şalimar · 29 Yanvar 19:55180

    Məncə hər iki tərəfin valideynlərini, yəni qudaları da cinayət məsuliyyətinə cəlb etsinlər. Bu yaşda uşaqları evləndirdikləri üçün.

    Cavab yaz
  • Anonim
    Admin · 29 Yanvar 19:56121

    Sherefsizler 16 yashli ushagi ere verirler. Alcag erdeki sud emer 19 yashinda. Indi bunlarin ana atalari asib ozlrini oldursunler

    Cavab yaz
  • Anonim
    QQ · 29 Yanvar 20:02140

    Görəsən qız qoşulub qaçıb ? Qoşulub qaçıbsa başqa mətlıblər var deməli .Ancaq bu da əsas vermir ki , xalxın balasını öldürəsən ay uşaq. 18 yaşlı oglan nə bilir ailə nədir. Əgər qız qoşulub qaçmayıbsa ,ailələrin razılıgı ilə toy olubsa da burda oglanın nəsə bir qələt işi olub ki,valideyinlər təcili toy ediblər. Yox əgər bu deyilən ehtimallarımın heç biri yoxdursa ,deməli onda o valideyinlərin hamısı cinayət məsuliyyətinə alınmalıdırlar ki ,iki uşagı evləndiriblər. Uşaq da basıb xalxın körpə balasını bogub öldürüb.Bəlkə də şizoferenikdir.Bunun əsgərlikdə olan vaxtıdır .Bu yaşda oglan evlənər ,bir əmması yoxdursa ?

    Cavab yaz
  • Anonim
    Uzaq · 29 Yanvar 20:07210

    Bu saf uşağın adam öldürdüyünə inanmaq olmur.

    Cavab yaz
  • Anonim
    Seva- - - · 29 Yanvar 20:35180

    O qizi ere veren ana,ata boynun qirilsin nolub ne xeberdi

    Cavab yaz
  • Anonim
    Elnarə · 29 Yanvar 20:48190

    Mənim qızımın da 16 yaşı var. O qədər çılğın, itaətsiz, çətin uşaqdır ki, az qala özüm onu boğum. Anlayıram ki, bu yeniyetməlik dövrüdür, insan formalaşır, inkişaf edir. Mən yola verirəm. Ər isə yola verməz, mübahisələr, problemlər yaranar. Bu yaşda qızı ərə verməzlər. Qoy oxusun, işləsin, həyat görsün, həyatı anlasın, ailənin nə olduğunu anlasın.

    Cavab yaz
    • Anonim
      Qız anası · 29 Yanvar 21:0381

      Bir ana kimi mən sizi çox gözəl başa düşürəm, həqiqətən çoxxx çətindi..... Hələ ki dözürəm((((((..Görəsən keçid dövrü neçə yaşacan çəkir? Bilən var? Hərdən çarəsiz qalıram (((

      Cavab yaz
      • Anonim
        Jale · 29 Yanvar 21:28190

        Ushaqlari ele ozumuz bashimiza chixardiriq.Oglumun 17 yashi var. Onun ne ixtiyari var ki, mene cavab qaytarsin.? Ushaqliqdan gozunun odunu ele almisham ki, sesi chixa bilmez.Her bir sheyle temin olunub,amma,menim icazem olmadan addim ata bilmez.Her addimi nezaretdedir,chunki,indiki zamanda bashqa cur mumkun deyil. Ushaqlara vaxt ayirmaq lazimdir,onlarla dost olmaq lazimdir ve imkan daxilinde istedikleri sheylerle(paltar,telefon ,kompyuter ve s) temin etmek..Ve boyuklere hormet etmeyi oyretmek.Valideynlerin ekseriyyeti ushaqlari illerle bosh buraxir,sonra ayilanda gec olur.Kim ne desede,ushaq valideyninden chekinmelidir,ve valideynlerin hokmunu hiss etmelidir.Biz ushaq olanda,atam ishden gelende,her kes oz otagina girib,sakit oturardiq.Indikkiler qapida ne almisan bu gun,ne getirmisen deye irad bildirir yorgun ata-anaya.Kimdir gunahkar? Zemane deyil,biz ozumuzuk.

        Cavab yaz
      • Anonim
        Zzz Qiz anasina · 29 Yanvar 23:5551

        Xanim ne yetkinlik dövrü siz Allah indiki dövürde bunu deyib uşaqlarin elinə kozr verirler usaqda deyir ay Aman deyme mene keçid dövründeyem.bizim vaxtimizda kemid dövrü vardi it kimi qorxurduq ata anadan.atanin yaninda ayaq ayaq üste qoymurdumee o qeder aramizda perde vardi atam 5 defede eve girib çıxsa ataqa durub oturmaliydiq.hələ ana bir eyri hereketimizde ana qurban olaram ona bir baxişi variydi arvadin ter tökürdüm yerimde heyecandan ki anam bildi ,anam xeber tutdu deyə .şukur gül kimide böyümüşük ailə qurmuşuq .indi uşaqlara keçid dövrünü diktavat edirler uşaqda Allah saxlamış başlıyır xoruzluq etməyə deymiyin mənə.adam qorxure .ya deyirler öldürecem özümü yada deyirlee gedecem evden.biz o vaxti Savalan babadan basqa bir şeyə baxmirdiq qutaran kimide yatmaqa.indi 3 sinif usaqunda telefon mektebe gedir.

        Cavab yaz
  • Anonim
    azeri · 29 Yanvar 21:0480

    ne bilim vallah valdenler neden bele sehvlere yol verirler aile qurmaqdan once esasda qiz usaqlarina savad verin oxusunlar ozleri oz ayaqlari ustunde durmaqi bacarsinlar 17 yas qiz 19 yas oqlan ne vacibdi oqlan hec herbi xidmetede ketmeyib belke berke bosa dusmeyib oraqederde fikirlesmeyibki boqsa oler oda elinde qalib allah rehmet eylesin ne diyek biz

    Cavab yaz
  • Anonim
    Jale · 29 Yanvar 21:10110

    Oglandan evvel her ikisinin valideynelerini basmaq lazimdir turmeye,belke,orada agillari bashlarina gele.Utanmirlar,ölmurler, korpe ushaqlara toy edirler.İndi alin payinizi.

    Cavab yaz
  • Anonim
    Yasemen · 29 Yanvar 21:14161

    Bu cenub bolgesi duzelmedide.Fikirleri ancaq qizlari evlendirmekdi.Oxutdurmaq hec aqillarina gelmir.Coox cahildiler

    Cavab yaz
  • Anonim
    Qalib · 29 Yanvar 21:31100

    Men qarwiyam tez evliliye...Allah rehmet elesin goresen niye oldurub sebeb olmalidi.Dehsetdi Allaha siginiram

    Cavab yaz
  • Anonim
    T · 29 Yanvar 21:3980

    Sekilde oglan lap 8ci sinif sagirdi kimi cixib.Bu az yasda niye wvlendiribler bu usaqlari

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Yanvar 22:07101

    Mene ele gelir ki bu beyin kisiliyi yoxdu.Ona gore de qizi bogub oldurub ki hec kime demesin.Bunun uzunden transliq yagir

    Cavab yaz
    • Anonim
      Oho.... · 29 Yanvar 22:3180

      Ağlabatandı

      Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 29 Yanvar 22:10100

    Səni evlənməz olardin, bəy stolunda yox yuvat yerində oturaydin, a belə oğlan. Öldürmək üçünmü evlənmisdin?

    Cavab yaz
  • Anonim
    El qizi · 29 Yanvar 22:4870

    Bu zonada qizi ere tez verirler menim qonwum vardi bu zonadan idi, qizin 12yawi vardi birde ewitdik ki bunu niwannayiblar 43yawinda kiwiye yeni bularda bele weyler adi haldi

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 30 Yanvar 00:1371

      O 43 yaşındakı şərəfsiz, 12 yaşında uşağa tamah salan kişinin boynuna qamış ölçüm.

      Cavab yaz
  • Anonim
    ....! · 30 Yanvar 01:4220

    canun yansin ele sifetinen ele manyaka oxshayir..ele bashdan xarab olduguna gore yegin valideinleri o yashda evlendiribler ki belke adam olar duzeler..cox gic psixologiya var axi bizim miletde..oda eksine..,camaatin gizini nece bedbext eliyibler!!!yazig ushag.Allah rehmet elesin! Bezi valideinlere ders olmurda bele sheyler!

    Cavab yaz
  • Anonim
    xumar · 30 Yanvar 08:3630

    bey o deyilse bes niye basqa kanallarda da bey kimi qeleme verirler

    Cavab yaz
    • Anonim
      "Nəsimi" k /f-dən · 30 Yanvar 08:5421

      Qafil, oyan, qafil, oyan)

      Cavab yaz
  • Anonim
    Maqa · 30 Yanvar 09:0120

    Bax ona görə həmişə deyirəm ay valideynlər qizlariniza təhsil verin onlara kölə kimi baxmayin .bu nə mod düşüb uşaqkən götürüb ərə verirlər .Siz olari ərə yox gora verirsiz.Mən özüm Rusiyada yaşayiram .mən olan şəhərdə qizi oxutmamiş ailə qurmurlar .Ay millət qutarin bunlari 12 əsrdə yaşamiriq

    Cavab yaz
  • Anonim
    AZAD · 30 Yanvar 09:2900

    Ne qedar Azerbaycanda bele erken evlenma var , bu kimi haduiselar va ya erken boshanmalar danilmazdir. Man bu valideynlari cezalandirardim.....

    Cavab yaz
  • Anonim
    Miki · 30 Yanvar 10:0700

    Cox heyif... Valideynleri de tutmaq lazimdir.Usaqlar;n; bele bedbext edirler Usaqliq yashamadan heyatin cetinliklerine atirlar.Aile qurmagi oyuncaq edibler. Allah rehmet elesin(((((

    Cavab yaz
  • Anonim
    Oxucu · 30 Yanvar 10:5030

    Gözəl göyçək mələk kimi bir qızı gədənin birinə ərə veriblər. O saplyak nə bilir ailə nədir, ər olmaq, ailə başçısı olmaq nədir? Əlinin içi geyişir çıx kotana zada sürt bir yerə, daha camaatın uşağını niyə ödürürsən?! Heyif bu gözəl baladan, çox heyif!

    Cavab yaz
  • Anonim
    Təssüflə · 30 Yanvar 10:5910

    bunlar uşaqdı bəs bunları evləndirən ağılılar? Əsl onları həbs etmək lazımdır

    Cavab yaz
  • Anonim
    ali · 30 Yanvar 11:3820

    erkən evləndirmələr buna getirib çıxarır

    Cavab yaz
  • Anonim
    kate · 30 Yanvar 12:4500

    Əgər valideynsinizsə, hərçənd buna şübhə edirəm. gedin ömrünüzün sonuna qədər yanın.

    Cavab yaz
  • Anonim
    t · 30 Yanvar 14:1120

    bu nedi?bunlar lap korpediki.valideynler hebs olunmalidi!!!ne geride qalmis adetler var bu cenub zonasindan cixir!!oda irana yaxin bolgedi ona gore

    Cavab yaz
  • Anonim
    x · 30 Yanvar 14:1720

    cenub zonasinda hami qohumdu...

    Cavab yaz
  • Anonim
    Elbəy · 30 Yanvar 21:1100

    Qız bu cüllütün əlində ölüb ?!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.