Şagirdlərin geyim formaları ilə bağlı ictimai rəyin öyrənilməsinə başlanılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılır.
Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:
- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;
- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;
- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.
Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər.
Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək mövzu bölməsinə "Məktəbli forması" yazılmaqla [email protected] elektron poçtuna göndərilə bilər.
Təhsil Nazirliyi valideynləri, şagirdləri, müəllimləri, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış məktəbli formasının layihəsinə dair rəy, irad və təkliflərin göndərilməsində fəal olmağa dəvət edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
XƏBƏR LENTİ
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər





