Azad Rəhimov “Yüksəliş” müsabiqəsi ilə bağlı gənclərə dəvət ünvanlayıb - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Gənclər və İdman naziri Azad Rəhimov gənclərə dəvət ünvanlayıb:
"Əziz gənclər, "Yüksəliş" müsabiqəsi karyera pilləsində yüksəlmək istəyən, iddialı, özünə güvənən gənclər üçün bir şansdır. Aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində iştirak etməlidirlər. Sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur "Yüksəliş"!
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesi başa çatandan sonra gənclərlə iş sahəsində, yeni nəslin inkişafına xidmət edən böyük layihələr icra olunub, islahatlar həyata keçirilib. Elə götürək ölkədə başlayan və bu gün müxtəlif sahələrdə geniş vüsət alan könüllülük hərəkatını. Bu hərəkat gənclərin inkişafına və onların irəli çəkilməsinə xidmət edib. Könüllü olaraq ali təhsil müəssisələrindən tutmuş ayrı-ayrı təşkilatlara qədər bir çox yerlərdə fəaliyyətə cəlb edilən gənclər böyük təcrübə qazanıblar. Sadəcə tədbirlərin idarə olunmasında deyil, həm də gənclərin sözünə, sağlam gəncliyin fəal addımlarına ehtiyac duyulan yerlərdə məhz onlar irəli çəkilib. Şəxsi karyeralarını qurmalarında dövlətin yardımını daim hiss edib könüllülər. Onlara hər yerdə üstünlük verilib. Könüllülər üçün növbəti şans da məhz "Yüksəliş"dir.
Sadəcə onlar üçün yox, bütün gənclik üçün bir şansdır "Yüksəliş"!
"Yüksəliş" müsabiqəsi yeniləşən Azərbaycana müstəqil fikri, idarəetmə bacarığı olan rəhbərləri seçmək, yetişdirmək üçündür. Bunun üçün özündə güc tapan gənclər tərəddüd etməməli, bu müsabiqəyə qoşularaq "Mən də varam" deməlidir.
Əziz gənclər, "Yüksəliş" müsabiqəsinə qoşulmaqla uğurunuzu zəmanət altına almalı, xəyalınızdakı zirvəni hədəfləməlisiniz. Çünki hədəfinizə gedən ən yaxın yol məhz "Yüksəliş" müsabiqəsi olacaq. Odur ki, bacarıqlarınızı nümayiş etdirin, qabiliyyətlərinizi ortaya qoymağa tələsin.
"Yüksəliş"in verdiyi imkandan istifadə edib idarəetmə bacarığınızı inkişaf etdirin. Dövlət "Yüksəliş" müsabiqəsini gənclərin inkişafına yönələn islahatların davamı olaraq icra edir. Siz bu yolla peşəkar təlimlər üçün qrant qazana, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirə, əvəzolunmaz əlaqələr qura, vahid komandanın üzvü ola və peşəkar bələdçilərlə qarşınıza qoyduğunuz ən böyük hədəflərə çata bilərsiniz.
"Yüksəliş"ə qoşulun, "Yüksəliş" sizinlə başlasın!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)





