Ölkə

Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı - BU ƏRAZİDƏ

22 Yanvar 2020 12:17
6 Şərh     Baxış: 6 876

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Anonim · 22 Yanvar 14:1330

    İnşallah.Nə qədər stansiya olsa o qədər yaxşı olar

    Cavab yaz
  • Anonim
    Yojgələn · 22 Yanvar 18:2610

    Mən biləni "Semasko" 5 ildi tikilir

    Cavab yaz
  • Anonim
    Anar · 22 Yanvar 19:3430

    Xirdalana tikin metro yarim milyon adam yasayir.

    Cavab yaz
  • Anonim
    Oxucu · 22 Yanvar 20:2310

    Şüvəlana da tikin xaiş edirik yoruluruq avtobuslarnan gedib gəlməkdən

    Cavab yaz
  • Anonim
    ali · 23 Yanvar 10:0010

    xırdalan ehli hardasız yazın . metro istemirsiz? bakının ehli qeder adam yaşayır orda

    Cavab yaz
  • Anonim
    Oxucu · 23 Yanvar 12:2200

    20 Yanvar dairəsində sıxlığı hər görəndə deyirəm ki Sumqayıta qədər metro çəkilməlidir, həmçinin yerüstü sürətli qatarlar. Bakı-Sumqayıt arasında qalan camaat nə vaxta qədər balaca avtobuslarda və ya adambaşı 1 manatdan taksilərdə gedəcək?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.