Əli Əhmədov: "20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20 Yanvar faciəsi, sadcə olaraq, Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyasında keçirilən anım tədbirində deyib.
Ə.Əhmədov bildirib ki, bu cinayəti törədənlər də o zamankı sovet imperiyası və sovet imperiyasının rəhbərliyində duranlar idi: "Tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına, demək olar ki, rast gəlmək mümkün deyil. Yəqin ki, 20 Yanvar faciəsi yeganə haldır ki, bu faciəni və qırğını törədənlərin heç biri bu günə qədər cəzalarını almayıblar, nə bu qırğının törədilməsinə əmr verənlər, nə də onu icra edənlər.
Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə bu faciənin əsl baiskarı və səbəbkarını, o zamanlar Sovet İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi və bu faciəyə qiymət verilməsi tələbini irəli sürdü. Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilən faciəni, sadəcə olaraq, Azərbaycan tarixinin hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlığı uğruna mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu.
Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin böyük rolu var. Azərbaycan xalqı 20 yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq".
Daha sonra tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində qanlı yanvar faciəsi kimi yazılıb: "1990-cı il 20 Yanvar hadisələri sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. 20 yanvar hadisələrinə siyasi qiymət verilməsi sahəsində ilk və mühüm tarixi addımlar ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ulu öndər 20 yanvar əlilləri, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunması üçün mühüm qərarlar qəbul edib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
XƏBƏR LENTİ
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı





