Azərbaycan ərazisinin 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir.
AMEA Coğrafiya İnstitutundan Milli.Az-a verilən məlumata görə, buna "Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi və siyasi problemləri" mövzusunda aparılan tədqiqat nəticəsində gəlinib.
Tədqiqat nəticəsində ilk dəfə təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və "Azərbaycanın ekoloji risk" rəqəmsal xəritəsi tərtib edilib.
Məlum olub ki, respublika ərazisinin 37,2% -i çox zəif, 19,8%-i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir. Alınmış nəticələr regionların davamlı inkişafının və ekoloji idarəetmənin təşkilində mənbə rolu oynaya bilər.
Milli.Az