Ölkə

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlandı

30 Dekabr 2019 17:24
0 Şərh     Baxış: 2 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb. 

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar).

- İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.