Ölkə

ŞOK KADRLAR: Azərbaycanda qadının ərini döydüyü görüntülər yayıldı - FOTO

26 Dekabr 2019 17:21
3 Şərh     Baxış: 4 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ruqiyyə adlı qadın "Səni axtarıram"a anasının atasını döydüyü dəhştli kadrları təqdim edib.

Milli.Az xəbər verir ki, atasıgilin yanında yaşayan subay qadın anasının atasına işgəncələrindən təngə gəldiyi deyib.

Ruqiyyə doğma anasının atasına çörək qırıntıları yedirtdiyini, döyə-döyə döşəmə sildirdyini bildirib. Qadının anasının atasını otağa salaraq qapını bağlayıb taxta parçası ilə döydüyü barədə açıqlaması hər kəsi dəhşətə gətirib.

Ruqiyyə atasını anasının əlindən almaq üçün dəfələrlə pəncərənin şüşəsini qırıb evə daxil olmaq məcburiyyətində qaldığını sözlərinə əlavə edib.

Verilişə çıxan hicablı qadın doğmalarını və digər insanları anasının atasına etdiyi zülmə inandırmaq üçün döyülmə kadrlarını kameraya çəkmək məcburiyyətində qaldığını bildirib.

Bu da həmin kadrlar:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.