Ölkə

Azərbaycan cəlbedici turizm məkanları arasında ilk onluğa daxil oldu

25 Dekabr 2019 14:18
Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Bel Çantalı Səyahətçilər Cəmiyyəti (British Backpacker Society) Azərbaycanı səhayət üçün perspektivli ölkələr arasında ilk onluğa daxil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan macərapərəstlər üçün maraqlı ölkə kimi təqdim olunub.

Qeyd olunub ki, Cəmiyyət Azərbaycanın şimalında dağ kəndlərinə səhayət etmə təklif edir.

Bundan başqa, ölkənin Xəzər dənizinin sahilində yerləşməsi qeyd olunub və şimalda "həyəcanverici dağlar"la, cənubda "heyrətamiz palçıq vulkanları" ilə, qərbdə "maraqlı mədəniyyətlərlə", şərqdə isə "Qafqazın ən gözəl şəhəri" Bakı ilə əhatə olunduğu vurğulanıb.

Azərbaycanın cəlbediciliyinin əsasında Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində yerləşməsi göstərilib.

Reytinqdə, həmçinin Efiopiya, Rusiya, Bosniya, Qazaxıstan, Özbəkistan, Qazaxıstan yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.