Ölkə

İnam Kərimov: "İntensiv meyvə bağlarına görə 800 manat subsidiya müəyyənləşib"

24 Dekabr 2019 14:33
0 Şərh     Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il həyata keçirilən islahatlardan biri də yeni subsidiya sisteminin təşkil edilməsi olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, subsidiya sistemi yenidən təşkil edilib:

"Bu sistemin əsas xüsusiyyəti odur ki, hər bir əkin sahəsinə görə baza məbləği müəyyən edilib. Baza məbləği əsasında Aqrar Subsidiya Şurası hər birinin ərzaq təhlükəsizliyi, məşğulluq, ixrac potensialı baxımından vacibliyini nəzərə alaraq əmsallar müəyyən edib. Məsələn, taxılçılıqda 1 əmsalı, pambıqçılıqda 1,1 əmsalı, yəni 220 manat müəyyən edilib. Yeri gəlmişkən, pambıqçılıqda həm əkinə, həm də məhsula görə subsidiya verilir. Ən yüksək, yəni 4 əmsalı meyvə bağlarının salınmasına görə verilib. Yəni intensiv meyvə bağlarına görə 800 manat subsidiya müəyyənləşib. Bunun da əsas məqsədi meyvəçiliyin inkişaf etdirilməsidir, o cümlədən, üzümçülüklə bağlı 3 əmsalı müəyən edilib, yəni 600 manat subsidiya verilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.