Ölkə

Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi neçə faizdir?

19 Dekabr 2019 13:19
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə isə bu göstərici 26 faizdir, yəni heç 30 faizə çatmır.

R.Əliyevin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır.

Nazir müavininin fikrincə, bu məsələdə öhdəlik yalnız səhiyyə sisteminin üzərinə düşmür.

R.Əliyev əlavə edib ki, bu problemin həlli üçün bütün qurumlar birgə mübarizə aparmalı, fiziki aktiv həyat təbliğ olunmalı, tütündən istifadə azaldılmalıdır:

"Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Qeyri-infeksion xəstəliklərin yükü istər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə yoluxucu xəstəliklərdən yüksəkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.