Ölkə

İstirahət gününün HAVAsı

14 Dekabr 2019 13:19
4 Şərh     Baxış: 2 795

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Dekabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Dekabr 2019 18:5825

    Ditdiiiiiiiii:)))))))))))))Axsaminiz xeyir olsunnn canlarimmm dostlarimmmm.

    Cavab yaz
    • Anonim
      18.58ə · 14 Dekabr 2019 22:5691

      Sənə cavab belə verən yoxdu

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 Dekabr 2019 15:3712

        Bes sen nəsən??? cavab verdin dəəə 22 56 daaa :)))))))))) Görunur ne yaziram oxuyursannn el ceke bilmirsennnn

        Cavab yaz
  • Anonim
    Soska Əyləncə · 14 Dekabr 2019 19:1401

    Bakıyaqar nə vaxt yağacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.