Əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasına aydınlıq gətirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnternet xəbər sayıtlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarə edən əlil sürücünün Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.
Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Milli.Az-a verilən məlumata görə, sözügedən faktla bağlı bildirir ki, 11.12.2019-cu il tarixdə, Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Lakin, R.Seyidov polisin qanuni göstərişinə tabe olmamış və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirmişdir.
Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmamışdır.
Nəhayət, paytaxtın "20" Yanvar dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov, burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirmiş, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar etmiş və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışmışdır.
Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülmüş və hal-hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp





