Yanğın baş verən ərazidəki son vəziyyət - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 10-da səhər saatlarında Bakının Binəqədi rayonunda fəaliyyət göstərən tikinti materiallarının satıldığı "Eurohome" ticarət mərkəzində yanğın baş vermişdi.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, elektrik naqillərində yaranan qısaqapanmadan başlayan yanğın qısa zamanda demək olar ki, bütün bazarı əhatə edib.
Fövqəladə Hallar Nazirliyi dərhal 3-cü dərəcəli çağırış edərək əraziyə xeyli sayda texnika və canlı qüvvə, eləcə də, 3 helikopter, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadalarını cəlb edib.
Eyni zamanda, hadisə yerinə 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları cəlb edilib. Ərazidə çəkiliş aparan zaman tüstülənmə müşahidə edilib. Bu səbəbdən gecə boyunca Yanğından Mühafizə Xidmətinin 3 briqadası yoxlama-nəzarət işləri aparıb.
Ərazidə olan polis əməkdaşları oğurluq və digər neqativ halların baş verməməsi üçün xidmət aparıb. Yanğından qalan isə mağazalardakı müxtəlif növ tikinti materiallarının külü və bazarın xarabalığa bənzər qalıqları olub.
Qeyd edək ki, yanğın yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, alovun miqyası böyük olduğundan nazirliyin helikopterləri vasitəsilə 150 tona yaxın su ilə yanğına havadan müdaxilə edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. Yanğın zamanı səkkiz nəfərə yerində ilkin tibbi yardım göstərilib. Dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Yanğın tam söndürülənədək Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb. Yol hərəkətinin tənzimlənməsi işində DİN Baş DYP İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov şəxsən iştirak edib.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlqarə necə arıqladığını açıqladı
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
Yasamal və Xəzərdə işıq olmayacaq
XƏBƏR LENTİ
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər





