Əbülfəs Qarayev: "Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Konqres Mərkəzində "Kreativ Azərbaycan" portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda panel müzakirəsində Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, dünya miqyasında yaradıcı sənaye son 10 il müddətində cəmiyyətin inkişafına dəyərli töhfələrin verilməsinə şərait yaradır: "Azərbaycanda da bu baxımdan vəziyyət istisna deyil. Son illər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan siyasət nəticəsində respublikanın hər bir bölgəsində, bütün şəhər və rayonlarda abadlıq, yenidənqurma işləri aparılır, yeni iş yerlərinin açılması uğurla həyata keçirilir. Təbii ki, bu prosesin arxasında duran xalqın yaradıcı potensialı, vətənə məhəbbət, xalqla dövlətin vəhdətidir. Bütün bu amillər Azərbaycanda yaradıcı sənayenin inkişafının vacib olduğunu göstərir".
Ə.Qarayev əlavə edib ki, bu il Bakı şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib: "Bakı şəhəri öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm sənayenin nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər. Hesab edirəm ki, bugünkü portalın təqdimatı böyük bir tapşırığın yerinə yetirilməsinin ilk addımıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
XƏBƏR LENTİ
-
Bədənimiz hələ də köhnə dünyaya aiddir?
-
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Qəbələ" "Şamaxı"nı məğlub edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi





