Ölkə

Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı rəsmi AÇIQLAMA

9 Dekabr 2019 13:49
25 Şərh     Baxış: 2 756

Azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, həmin şəxslər nəinki valideyn hüququndan məhrum ediləcək, hətta onlar cinayət məsuliyyətinə də cəlb edilə bilərlər. 

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar yalnız Komitə tərəfindən deyil, eyni zamanda, hüquq-mühafizə orqanları ilə birgə aparılır:

"İki azyaşlının ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları faktı ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmaların sonunda ortaya çıxan məqamlar əsasında mövcud vəziyyətlə bağlı hansı tədbirlərin görüləcəyinə qərar veriləcək.

Amma onu deyim ki, uşaqların işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, bu məsələ valideyn hüquqlarının məhrum edilməsinə qədər gedib çıxa bilər. Hətta nəinki valideyn hüququnun əllərindən alınması, araşdırmanın nəticələrindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər.

Ümumiyyətlə uşaqların nəinki valideynləri, qohumları, heç bir şəxs və ya şəxslər tərəfindən fiziki, psixoloji və ya hər hansı başqa zorakılıq növlərinə məruz qalmaları yolverilməzdir".

E.Səfərov qeyd edib ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon İcra Hakimiyyətində monitorinq komissiyası yaradılıb və araşdırma davam etdiyi müddətdə Dövlət Komitəsi ilə informasiya mübadiləsi aparılır:

"Bu məsələdə Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Bütün hallarda ilk növbədə uşaqların maraqları nəzərə alınmalıdır. Sadəcə olaraq, biz yekun məlumat vermək üçün mütləq şəkildə hüquq-müafizə orqanları ilə birgə aparılan araşdırmaların nəticələrini gözləməliyik.

Fərqi yoxdur, ata-ana ögeydir, yoxsa doğma, əgər həmin şəxslərə valideynlik hüququ verilibsə, onlar bu hüquqdan sui-istifadə edə, uşaqlara qarşı laqeyd münasibət sərgiləyib, zorakılıq edə bilməz.

Qanunla həmin şəxslər fiziki zorakılıq törədiyi və himayəsində olan uşağa laqeyd münasibət göstərdiyi üçün məhkəmə qərarına əsasən, öz hüquqlarını itirir. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Gün ərzində məsələ ilə bağlı yeniliklər olarsa, biz məsələ ilə bağlı hansı tədbirlərin görüləcəyi barədə məlumat verəcəyik.

Uşaqların təhlükəsizliyi baxımından hazırda onların harada saxlanıldığı barədə məlumat vermirik. Çünki ilk növbədə biz uşaqların maraqlarının müdafiəsinə çalışırıq. Ola bilər ki, qohumları onlara psixoloji təzyiq göstərə bilər".

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb.

İddia edilir ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra isə uşaqların ögey anaları tərəfindən dəfələrlə döyülüb, işgəncələrə məruz qalmaları iddia edilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi iki azyaşlı uşağa atası və ögey anası tərəfindən işgəncə verilməsi haqda sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama yayıb. 

Milli.Az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə qafqazinfo-ya açıqlamasında bildirib ki, Ağcabədi rayon sakini Tərgiz İbrahimova Nazirliyin 102 Xidmətinə müraciət edərək mərhum bacısının Sabunçu rayonunda yaşayan iki azyaşlı övladı Hüseyn və Qulunun ataları Xanlar Əkbərov və ögey anaları Nuranə tərəfindən işgəncəyə məruz qalmasını bildirib. Müraciət əsasında Sabunçu RPİ 15-ci Polis Bölməsində təhqiqat aparılıb:

"Araşdırma zamanı tərəflərin izahatı alınaraq hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Ekspertlərin rəyinə görə, hər iki azyaşlının bədənlərinin müxtəlif hissələrinə müxtəlif vaxtlarda yetirilən xəsarətlərin sağlamlığa yüngül və az ağır zərər vurmaya aid olduğu müəyyən edilib. Hər iki valideynin uşaqlara əzab verməsi ilə bağlı toplanmış materiallar cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib". 

Qeyd edək ki, məlumata görə, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların atası həyat yoldaşı ilə birlikdə hər iki oğluna müxtəlif işgəncələr verib.

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Oxucu · 9 Dekabr 2019 13:5872

    Uşaqlara görə valideynlərə cinayət işi açılmasına, cəzalandırılmasına hələ rast gəlməmişəm.

    Cavab yaz
  • Anonim
    Leyla · 9 Dekabr 2019 14:04130

    Bu usaqlari cox gumanki ele ogey ana bu gune salib.Usaq ozu ozunu vurmadiki.Neyi gozleyirsiniz gerek tam sikest etsinler yoxsa oldursunler sonra tedbir goreceksiniz.Alin hele alcaq atadan,o alcaq qadindan o usaqlari verinde babaya.Baba yaziq onsuzda yalvarir ki usaqlari mene verin onlar zulum edir usaqlara.O ogey olub ozunu guya yaxsi ana kimi gostermeye calisan alcaq qadin senede ele Allah bilib ozune ovlad vermeyib.Seni o usaqlara mohtac olasan.

    Cavab yaz
  • Anonim
    ... · 9 Dekabr 2019 14:05130

    vicdansız ata boyunu yerə soxum,tez evlən e dünya dagılacagdı....

    Cavab yaz
  • Anonim
    Əsranur · 9 Dekabr 2019 14:07230

    Anası olmayanın balanın atası da olmaz!

    Cavab yaz
  • Anonim
    Gunka · 9 Dekabr 2019 14:08100

    Bu uwaqlarin bir nenesi babasj xala dayisi yoxduki bunlar bu veziyyete qaiblar?allah bu dunyadayken her ikisini ezabla sinaga ceksin elleri qurusun.o qadini mene vererdiler kaw Allah belanizi versin Allah sizi ele bir imtahana ceksinki ezabini bu dunyada diriyken yawayasiz.qanun qanun olsa her ikisini iceri basarlar orda da agillandirarlar

    Cavab yaz
  • Anonim
    Sevda.R · 9 Dekabr 2019 14:52120

    Kaş ki,ananın yerinə bu vicdansız ata öləydi.

    Cavab yaz
  • Anonim
    Zeris · 9 Dekabr 2019 14:56110

    Ureyim agradi.bu nece vicdansizliqdi.insanin icinde ALLAH qorxusu merhemet vicdan olmayanda o insandan her sey gozlemek olar.dogma valideyn olsa bele.hemde dogru deyibler usaq anadan yetim qalir atadan yox.menimde anam yoxdur.ALLAH bu usaqlara yardim etsin.amin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 2019 15:57100

    Lappp yaxsiii tutulsunlarrr 10 ilden asaqi da iş vermesinler..Allah belalarin versin İnsaaalllah bu usaqlarin uahiii tutsun

    Cavab yaz
    • Anonim
      Azərbaycanlı Ata · 9 Dekabr 2019 16:1470

      o insanda atalıq hissiyatı yoxdur

      Cavab yaz
  • Anonim
    Azərbaycanlı Ata · 9 Dekabr 2019 16:1670

    o insanda atalıq hissiyatıyoxdur

    Cavab yaz
  • Anonim
    **** · 9 Dekabr 2019 16:3790

    Olum hokmu verilmedi

    Cavab yaz
  • Anonim
    ly · 9 Dekabr 2019 16:44100

    Allah uşaqlara zulm edenlerin belasini versin.ve butun bunlara susanlarin da.qohum qonsu

    Cavab yaz
  • Anonim
    Hey · 9 Dekabr 2019 18:0260

    Ellerden olasiz sizi alcaqlar.

    Cavab yaz
  • Anonim
    Yox · 9 Dekabr 2019 18:0470

    Hami bilib ve hami susub. Ne derecede fehshilesmisik!!!!!!!!!!!!

    Cavab yaz
  • Anonim
    Vay · 9 Dekabr 2019 18:0670

    Hani polis ? Hani mekteb ?hani qohumlar???? Bu ne vehsilik?

    Cavab yaz
  • Anonim
    Korpe · 9 Dekabr 2019 18:0860

    Ushaqlari o alcaqlara qaytarmaq olmaz!!! O iki alcaq mesuliyyete celb olunmalidir.

    Cavab yaz
  • Anonim
    Sus · 9 Dekabr 2019 18:1051

    Allah belavizi version.

    Cavab yaz
  • Anonim
    ŞAH · 9 Dekabr 2019 18:3660

    AX ŞƏRƏFSİZ QADIN --ANALIQ VİCDANSIZ --KİŞİNİ DƏ TOVLAYIB DÜŞÜBLƏR YETİMLƏRİN CANINA .ƏLLƏRİNİZ QIRILSIN NECƏ QIYIRSIZ.

    Cavab yaz
  • Anonim
    Ayla · 9 Dekabr 2019 19:4170

    Seni zelil qalasan o usaqlari o gune qoyduğun yerde, Allah komek olsun o korpelere, insaAllah haq edalet oz yerini tapar, Allah seni bildiyi kimi cezalandirsin şerefsiz qadin

    Cavab yaz
  • Anonim
    F.S.D. · 9 Dekabr 2019 19:52100

    Bir dəfə metroda çox ağlayan uşaq gördüm anası dartırdı uşağı qışqırırdı kəs səsini. Uşaq ağlamasına heş dözə bilmirəm yaxınlaşdım qadına bu uşağın atası yoxdur onun üçün döyürsünüz? Çaşdı yoxdu dedi. Uşaqlar atalı dünyasında xöşbəxt böyüyür. Ata yaxşı olsa ona heç kim hətta doğma anası bir kəlmə ağır söz deyə bilməz. Həyatdır heç kim heç nədən sığortalanmayıb atası və ya anası ...... olmazsa onda ana və ya ata həm ata həm ana olmalıdırlar və iki qat məsuliyyətli və diqqətli olmalıdırlar. Heç kimə uşaq etibar etməməlidirlər. Bu hadisədə ən böyük alçaq atadır, ana adına, insanlıq adına ləkə olan qadındır. Ərə gələndə bilirdin iki uşağı var, ay alçaq qadın necə əlin gəldi?((( belə qadını necə ana dünyaya gətirib İlahı?(( ana olmaq üçün dünyaya uşaq gətirmək deyil dünyaya gələnə analıq etməyi bacarmaqdır.bacarmayacaqdın alçaq qadın niyə ailə qururdun?(( O uşaqlara möhtac olasınız alçaqlar

    Cavab yaz
  • Anonim
    Nurlana · 9 Dekabr 2019 21:2630

    Allah belanizi versin ishAllah,bu dunyadada o dunyadada

    Cavab yaz
  • Anonim
    Shehla · 9 Dekabr 2019 23:1530

    Men cox xahiw edirem aidiyati qurumlardan Azerbaycanli balalarimizi mudafiye etsinler .Bu gunki uwaq sabahin eskeridir bizim qeleceyimizdir uwaqlar .Azerbaycan evladina qarwi zorakiliga son goyulsun .

    Cavab yaz
  • Anonim
    Shehla · 9 Dekabr 2019 23:1820

    Bu gunun uwagi sabahin eskeridir.Bir Azerbaycanli balasina bunu edenler cezalansinlar.Aidiyati gurumlardan evladlarimizin mudafiye olunmasini xahiw edirem.Onlar bizim qeleceyimizdi

    Cavab yaz
  • Anonim
    Maqa · 10 Dekabr 2019 13:0300

    Baba atv kanalinda ata və analiq xəzərdə baş açmadim

    Cavab yaz
  • Anonim
    JASMIN · 11 Dekabr 2019 13:5600

    Belə valideynləri cəzalandırmaq ucun hemin usaqlari illərdi dodağı 10 yerden partlayan uşaq qoxusuna həsrət qlana valideynlərə vermek lazim .insan usaga eseblese biler bezen mende olur eline vururam qeyri iradi o qeder problem olurki evde. ama bu qederi vehsilikdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.