İDEA İctimai Birliyi “TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, bütün könüllü təşkilatların və hərəkatlarının iştirakı ilə həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi" 4 dekabr tarixində "TəbiətimİZ" kampaniyası ilə davam edib. Gənclər Fondu və Dövlət Agentliyi ilə birgə İDEA İctimai Birliyi də "TəbiətimİZ" sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulub.
Milli.Az xəbər verir ki, Gənclər Fondundan Trend-ə verilən məlumata görə, "TəbiətimİZ" kampaniyası çərçivəsində 5000 nəfərdən çox könüllünün iştirakı ilə 10 şəhər və rayonda təmizlik aksiyaları həyata keçirilib. Əvvəlcə bütün könüllülər komandalara bölünüb, həyata keçiriləcək işlər barədə onlara ətraflı izahat verilib. Aksiyalar çərçivəsində çirklənmiş ərazilər, dəniz və çay sahilləri, gəzinti və istirahət yerləri, tarixi və təbiət abidələrinin ətrafı tullantılardan təmizlənib.
Bu işlərdən əlavə olaraq, 40 heyvansevər gənc könüllü bir araya gələrək İDEA Heyvanlara Qayğı mərkəzini ziyarət edib. İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin missiyası heyvanların rifah və sağlamlığını yaxşılaşdırmaq, sterilizasiya yolu ilə Bakı və onun ətraflarında sahibsiz heyvanların sayını tənzimləmək, eləcə də zoonoz və parazitik infeksiyaların yayılmasının və beləliklə, ətraf mühitə və insanların sağlamlığına zərərli təsirlərin qarşısını almaq, eləcə də heyvanlara qarşı humanist və məsuliyyətli yanaşmanı təşviq etməkdən ibarətdir.
Könüllülərin ziyarətinin məqsədi Mərkəzin fəaliyyətini dəstəkləyərək, cəmiyyətdə heyvanlara, xüsusilə sahibsiz heyvanlara münasibətdə pozitiv yanaşmanı və onların rifahının yaxşılaşdırılmasının əhəmiyyəti haqqında məlumatlılığı artırmaqdan ibarətdır. Mərkəzin əməkdaşları könüllüləri düzgün yönləndirmək üçün onları görə biləcəkləri işlər və təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıb və könüllülərin fəaliyyəti zamanı onlara köməklik göstəriblər.
"Azərbaycan Könüllülük Həftəsi" 9 dekabradək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. Artıq "ŞəhidimİZ", "VətənimİZ", "Könüllülük sərhəd tanımır!" devizi ilə keçirilən kampaniya və aksiyalarda minlərlə gənc könüllü iştirak edib.
5 dekabrda təşkil ediləcək Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gəncin iştirakı gözlənilir. Həftənin ən fəal 300 könüllüsü isə 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb
-
İlqarə necə arıqladığını açıqladı
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
XƏBƏR LENTİ
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək





