Ölkə

Nazirlər Kabineti Yeni il bayramında istirahət günləri ilə bağlı açıqlama yaydı

5 Dekabr 2019 12:45
3 Şərh     Baxış: 15 062

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.

Milli.Az-ın məlumatına görə, açıqlamada deyilir ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar:

"Dekabrın 28 və 29-u isə iş günləri olacaq. Bu Qərar bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır. İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır".

Bundan başqa, 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam isə martın 20, 21, 22, 23, 24-nü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib:

"Bu Sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir. Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    aaa · 5 Dekabr 2019 16:4930

    6-nı niyə dəyişdirdilər???

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 Dekabr 2019 20:3440

    30 yene kolgede qaldi axi yazmisiniz 28 ve 29 is olacak bes 30 nda ne olacak imeclikkk bildim bayram imecliyi həəəəəəəəəəə?)))

    Cavab yaz
    • Anonim
      Menzer · 6 Dekabr 2019 02:5300

      30 tarixi onsuz da iş günüdür, 28,29 istirahet günü olduğu üçun yazıblar ki, iş günü olacaq

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.