"İkisi də ölməli idi, çünki namussuzluq idi" - Əmisi oğlunun arvadı ilə qaçan şəxsi öldürməkdə suçlananların iş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başlamazdan əvvəl təqsirləndirilən şəxslərdən Mətləb Muradov məhkəməyə etiraz edib. O bildirib ki, ona qarşı irəli sürülən ittiham əsassızdır.
"Mən günahsız yerə həbsdəyəm. Niyə kiminsə yerinə həbsxanada qalmalıyam? Bir il bir aydan çoxdur ki, həbsdəyəm. Məndən 20 min rüşvət istədilər ki, azadlığa buraxsınlar"- deyə Mətləb Muradov söyləyib.

Hakim bildirib ki, məhkəmənin indiki mərhələsində şahidlər dindirilir.
Hakim izah edib ki, iş araşdırılmadan heç bir fikir bildirilə bilməz: "Gözləmək lazımdır ki, araşdırmanın nəticəsi nə olacaq? Biz sizi də dindərəcəyik, araşdıracağıq. Sonra qərar veriləcək".
Bu fikirlər Mətləb Muradovu qane etməyib və o yenə də məhkəməyə etiraz etdiyini bildirib: "Bu ittihamda yazılanları oxumusunuz? Mən ifadələrin heç birinə imza çəkməmişəm. 150-dən çox adamı buraxıb məni tutdular. Mən heç nə eləməmişəm".
Hakim qərara alıb ki, Mətləb Muradov dindirilsin.
Muradov ifadə verməyə başlayıb: "Mən işdə olan izahatı verməmişəm. Mənim adımdan yazıblar. Mən buna etiraz edirəm".
Hakim Muradova xəbərdarlıq edib ki, məhkəmə istintaqı bu cür qaranlıq məqamları araşdırmaq üçündür və buna görə də gözləmək lazımdır.
Amma Mətləb Muradov bununla razılaşmayıb və etiraz olaraq məhkəməyə üzünü çevirib.
Pərviz Əsədov (Pərviz mərhum Elşada qoşularaq qaçan qadının qaynıdır) ifadə verib. O deyib ki, hadisəyə görə hər iki şəxs ölməli idi. O, bunu belə izah edib ki, hər iki şəxsin etdiyi hərəkət namussuzluqdur.
Bununla belə, Əsədov deyib ki, ölən şəxsə heç nə etməyib.
Vəkillərin suallarından məlum olub ki, Pərviz Əsədov qardaşının arvadı ilə qaçan şəxsin ölümünü istəsə də, ona heç nə etməyib.
Əsədov bunun səbəbini belə izah edib: "Hamı orda idi. Elman mənə dedi ki, sənin işin olmasın".
Digər təqsirləndirilən Zabit Yolçuyev də məhkəmədə ifadə verib. Onun dediyinə görə, mərhum Elşad Əsədov qətl hadisəsi baş verən meydana gətiriləndə onun maşınında olub:
"Biz meydana çatanda adam çox idi. Təxminən 200 nəfər olardı. Maşına hücum elədilər. Mən də qışqırdım ki, maşını sındırmayın. Hamı Elşadı vurmaq istəyirdi, amma hamısının vurması mümkün deyildi. Elşad top kimi ortada fırlanırdı. Mən qaranlıq olduğu üçün Elşadı vuranların üzünü görməmişəm. Bir onu eşitdim ki, Elman qışqırırdı ki, öldürməyin. Deyirdi ki, Elşad ölsə, onu tutacaqlar. Çünki onu kəndə o gətirmişdi".
Prosesdə Nazim Mikayılov ifadə verib. O deyib ki, həbs edilənlərdən Pərviz və Şahmar onun bacısının oğullarıdır.
"Bacım mənə dedi ki, gəlin qaçıb. Sonra işlər uzandı. Mən dedim ki, oğlan bizə lazım deyil. Özləri nə edirlərsə, eləsinlər. Mənim heç bir təqsirim yoxdur. Hadisəni televizorda göstərəndə dedilər ki, 5 nəfər həbs edilib. Ondan sonra da məni tutdular. Mənə işgəncə verilib. Dedilər ki, səndə bıçaq var. Mən də boynuma almadım. Məni buraxdılar. 4 gün sonra da həbs edildim".
Məhkəmə araşdırması davam etdirilir.
İttihamda yazılır ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.
Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarətləri yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər.
Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.
25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)





