Ölkə

Bakıda külək 8 ağacı aşırdı: 2 avtomobilə ziyan dəydi

3 Dekabr 2019 12:35
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda gecə saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, güclü külək, əsasən, Yasamal və Səbail rayonlarında müşahidə olunub:

"Ötən gün axşam saatlarından başlayan külək şəhərin bəzi yerlərində fəsadlar törədib. Güclü külək Yasamal və Səbaildə təsirsiz ötüşməyib. Nəticədə 8 ağac aşıb, bir çoxunun budaqları qırılıb və 2 avtomobilə ziyan dəyib".

O.Məmmədov bildirib ki, qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Hazırda da işçilər tərəfindən şəhərin bir çox yerlərində aqrotexniki işlər aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.